Qarabağ Dirçəliş Fondu Fulya Öztürkə "İanə sertifikatı" təqdim edib - VİDEO

Qarabağ Dirçəliş Fondu Fulya Öztürkə "İanə sertifikatı" təqdim edib - VİDEO

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova türkiyəli jurnalist Fulya Öztürkün Fox tv-də yayımlanan “Fulya ile umudun olsun” proqramında qonaq olub.

Pərvin Məmmədova işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın bərpası, Qarabağ bölgəsinin  flora biomüxtəlifliyinin artırılması məqsədilə, Zəngilan rayonunda “Zəfərdən Dirçəlişə” adlı meşə massivinin salınması layihəsi çərçivəsində Fulya Öztürkün adından 25 ağac əkilməsi ilə bağlı "İanə Sertifikatı"nı təqdim edib.

Xatırladaq ki, "Zəfərdən Dirçəlişə" adlı meşə massivinin salınması işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etmək məqsədilə Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər nazirliyi arasında imzalanan əməkdaşlıq Memororandumu çərçivəsində həyata keçirilən ilk layihədir.

Layihə işğaldan azad olunmuş digər ərazilərdə də davam etdiriləcək.

Digər xəbərlər