Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Qarabağ Dirçəliş Fonduna 5500 ağac ianə edib - FOTO

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Qarabağ Dirçəliş Fonduna 5500 ağac ianə edib - FOTO

|
Paylaş:

12 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün şəhid analarının adından işğaldan azad olunan ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədilə Zəngilanda meşə massivinin salınması layihəsi çərçivəsində 5500 ağac ianə edilib.

Qarabağ Dirçəliş Fondu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Vətən müharibəsi şəhidlərinin anaları və ailə üzvləri iştirak ediblər.

Şəhid analarının iştirakı ilə keçirilən ağacəkmə aksiyasında torpaqlarımızın azadlığı uğrunda canından keçən əsgər və zabitlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra ağacəkmə prosesinə start verilib və şəhid ailələri, Qarabağ Dirçəliş Fondu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının nümayəndələrinin iştirakı ilə 300 ağac tingi torpağa basdırılıb.

Sonda tədbir iştirakçıları Zəngilanda şəhidlər xiyabanını ziyarət ediblər. Birinci Qarabağ müharibəsi şəhidlərinin qəbri üzərinə gül dəstələri düzüblər

Qeyd olunmalıdır ki, layihə çərçivəsində dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun şəkildə aparılır. Enerji təminatı və suvarma sisteminin qurulması, ərazidə müntəzəm müşahidələr aparmaqla əkilmiş sahəyə mütəmadi qulluq edilməsi kimi məsələlərə xüsusi diqqət ayrılır.

Xatırladaq ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu Memorandum çərçivəsində ilk olaraq, Zəngilanda meşə massivinin salınması layihəsinə başlanılıb və indiyədək donor şirkətlər tərəfindən ümumilikdə 45 mindən çox ağac ianə edilib.

Qeyd olunmalıdır ki, Qarabağ meşələrində əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı kimi ağacların əkilməsi nəzərdə tutulur. Ağacların əkilməsi prosesi mərhələli şəkildə davam etməkdədir. Layihə işğaldan azad olunan digər ərazilərdə də davam etdiriləcək.

Birlikdə Qarabağı daha YAŞIL bərpa edəcəyik!

Digər xəbərlər