Qarabağ Dirçəliş Fondu vətəndaşlar arasında sorğuya start verir

Qarabağ Dirçəliş Fondu vətəndaşlar arasında sorğuya start verir

|
Paylaş:

Qarabağ Dirçəliş Fondu mövcud və potensial donorlar (ianəçilər) arasında sorğunun keçirilməsinə start verir.

Sorğunun keçirilməsində əsas məqsəd vətəndaşların ümumilikdə xeyriyyəçiliyə və xüsusən işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulmasına dəstəyin verilməsinə münasibəti və mövqelərini müəyyənləşdirməkdir.

Sorğunun nəticələri Fondun gələcək fəaliyyəti, cəmiyyətin üzvlərinin bərpa prosesində iştirakçılığının təmin olunması və Qarabağın bərpası istiqamətində ianələrin cəlb olunmasına mühüm töhfə verəcək.

Sorğu uzunmüddətli layihədir və bir neçə mərhələdə həyata keçiriləcək.

Qeyd olunmalıdır ki, sorğuda iştirak etmək üçün şəxsi məlumatların paylaşılması tələb olunmur və cəmi 3-5 dəqiqə vaxt sərf etmək kifayətdir.

18 yaşından yuxarı olan hər kəs sorğuda iştirak edə bilər.

Qeyd edək ki, sorğu anketinin hazırlanması, nəticələrinin təhlili və respondentlərin mövqelərinin qiymətləndirilməsi “SIAR Research and Consulting Group” şirkətinin dəstəyi ilə həyata keçiriləcək.

Sorğuda iştirak etmək üçün link:  

https://qdfaz.questionpro.com/ferdi-sorgu

Sorğuda iştirak et, Qarabağın dirçəlişinə dəstək ol!

Digər xəbərlər