Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Yüksəliş Müsabiqəsi”nin final mərhələsində idarəçi rəhbər qismində iştirak edib - FOTO

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Yüksəliş Müsabiqəsi”nin final mərhələsində idarəçi rəhbər qismində iştirak edib - FOTO

|
Paylaş:

“Yüksəliş” müsabiqəsinin finalında iştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə “Qarabağda ağıllı şəhər” adlı keys üzrə tapşırıqları yerinə yetirib.

İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra onlar tərəfindən qiymətləndirilib.

Keys üzrə tapşırıqları yerinə yetirərkən öz idarəçi rəhbərinin ən çox diqqətini çəkən, liderlik qabiliyyəti önə çıxan komanda üzvlərindən biri idarəçi rəhbər tərəfindən əlavə bir balla qiymətləndirilib.

Hər idarəçi rəhbərin komandasında təsadüfi  formada seçilən 6 iştirakçı yer alıb.

Digər xəbərlər