AR Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinə texnikanın ianə edilməsi

Ağdam şəhəri | Yekunlaşıb | Bərpa və yenidənqurma
01/2

Layihə haqqında

  • Resipiyent: AR Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi
  • Maliyyə dəstəyi: Qarabağ Dirçəliş Fondu, Fondun donoru

İşğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərində pul vəsaiti ilə yanaşı texniki vasitələrə də ehtiyac duyulur.

Buna görə də Qarabağ Dirçəliş Fondu tərəfdaş və donorların dəstəyi ilə Qarabağda həyata keçirilən layihələrin icrası üçün tələb olunan texniki vasitələrin və digər zəruri avadanlıqların təmin edilməsini həyata keçirir.

Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində istifadə olunur.

AR Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinə ianə edilən texnika:

  • “Mitsubishi L-200” markalı pikap avtomobili.

Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərin bərpası üçün həm pul vəsaiti, həm də texnikalar ianə edən bütün tərəfdaşlarına təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.