"Karabakh.Center" internet resursu

Karabakh.Center | Yekunlaşıb | Təşviqat işləri və çevik kommunikasiyalar
01/31

“Qarabağda Urbisid” fotosərgisi

İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır.

Bu səbəbdən Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin azad olunmuş ərazilərimizdə törətdikləri dağıntılar, həyata keçirdikləri qeyri-qanuni hərəkətlər və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm daşıyır.

Məhz buna görə, Qarabağ Dirçəliş Fondu ermənilərin işğal altındakı ərazilərdə törətdikləri dağıntıları əks etdirən “Qarabağda Urbisid” fotosərgisini mütəmadi olaraq müxtəlif platformalarda təşkil edir.

Fotosərgi barədə ətraflı məlumat:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet resursunun materialları əsasında təşkil olunan fotosərgi ziyarətçilərə konkret nümunələr əsasında 30 illik işğal dövründə Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır. Belə ki, fotosərgidə erməni vandallarının Qarabağda dağıtdıqları şəhər və kəndlərimizin, eləcə də tarixi, mədəni və dini abidələrimizin fotoları nümayiş olunur.

Bu günə qədər müxtəlif formatlarda və məkanlarda təqdim olunan fotosərgi çərçivəsində təqdim olunan hər bir fotoşəkildə abidələrin indiki və işğaldan əvvəlki vəziyyəti göstərilib.

Şəkillərin üzərində yerləşdirilən QR kodlar vasitəsilə daha ətraflı məlumatla tanış olmaq, həmçinin Qarabağın bərpası üçün ianə etmək mümkündür.

“Qarabağda Urbisid” fotosərginin minlərlə ziyarətçisi erməni vandallarının Qarabağda dağıtdıqları şəhər və kəndlərimizin, eləcə də tarixi, mədəni və dini abidələrimizin fotoları ilə tanış olmaqla yanaşı, Qarabağda aparılan bərpa və yenidənqurma işləri ilə bağlı da məlumat alıblar.

Fotosərginin təşkilində qarşıya qoyulan məqsədlər:

  • Abidələr və ərazilərimizə dəymiş zərəri fotoşəkillərlə əks etdirərək ictimaiyyətin bu məsələyə diqqətini cəlb etmək,
  • Tarixi həqiqətləri işıqlandırmaq, 
  • Geniş ictimaiyyəti işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə cəlb etmək.

“Qarabağda Urbisid” fotosərgisinin keçirildiyi məkanlar:

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
  • “28 Mall” Ticarət Mərkəzi
  • “Gənclik Mall” Ticarət Mərkəzi
  • “Port Baku Mall” Ticarət Mərkəzi
  • “Dəniz Mall” Ticarət Mərkəzi
  • “Bakı Metropoliteni” QSC (“Nərimanov” stansiyası)
  •  Azərbaycan Halal Biznes Forumu
  • “Qarabağ Dirçəliş Fondunun Dostları” İşgüzar Platforması və “Karabakh Talks” formatı çərçivəsində keçirilən görüşlər zamanı.

Tərəfdaşlar:

  • Paşa İnşaat “Malls Group”,
  • Heydər Əliyev Adına Beynəlxalq Hava Limanı,
  • Dövlət Gömrük Komitəsi,
  • Bakı metropoliteni QSC,
  • “Bir” Tələbə-Könüllü İctimai Birliyi,
  • “Könüllü gömrükçü” dəstəsinin üzvləri,
  • Bakı Ali Neft Məktəbi,
  • Azərbaycan Dillər Universiteti,
  • Bakı Dövlət Universiteti,
  • Heydər Əliyev Sarayı.