Təşviqat işləri və çevik kommunikasiyalar

Təşviqat işləri və çevik kommunikasiyalar

Öncəki bölmədə qeyd olunduğu kimi, “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunan 5 ümummilli məqsədlərdən biri kimi qeyd olunub.

Bu məqsədi uğurla həyata keçirmək üçün dövlətin, ölkə cəmiyyətinin və diasporanın səylərininin birləşdirilməsi (sinerjisi) olduqca vacibdir.

Xarici donorların cəlb edilməsi də eyni dərəcədə vacib hesab oluna bilər, çünki onların iştirakı Böyük Qayıdışın reallaşdırılması üçün zəruri olan əlavə resursları təmin edəcəkdir.

Geniş ictimaiyyəti işğaldan azad edilmiş ərazilərin tezliklə dirçəldilməsi ideyası ətrafında cəmləşdirmək məqsədilə Fond Qarabağın dirçəlişi prosesinə bu və ya digər şəkildə təsir göstərə bilən müxtəlif maraqlı tərəflər (steykholderlər) ilə konstruktiv və davamlı əlaqələr qurmaq niyyətindədir.  

Bu kontekstdə mövcud donorlarla yanaşı potensial donorlarla fandreyzinq fəaliyyətinə, eyni zamanda dövlət qurumları, ictimaiyyət, diaspora və beynəlxalq auditoriya ilə çevik kommunikasiyalara xüsusi diqqət yetiriləcək.

Bu məqsədlə Fond ölkə daxilində və xaricində çevik kommunikasiyalar qurmaqla, işğaldan azad olunmuş ərazilərin dirçəlişi ilə bağlı müvafiq məlumatları ictimaiyyətə çatdıracaq və zəruri təşviqat işlərini həyata keçirəcək.

İanə, sərmayə, digər maddi və qeyri-maddi (o cümlədən, mənəvi) dəstəyin cəlb edilməsi məqsədilə Fond aşağıdakı istiqamətlər üzrə işlər aparacaq:

  • Fondun məqsədləri, həyata keçirdiyi və dəstəklədiyi layihələr və onların nəticələri haqqında geniş auditoriyaya məlumatın verilməsi və nəticədə müsbət imicə malik brendin qurulması;
  • Azərbaycan cəmiyyətinə, xaricdə yaşayan soydaşlarımıza və xarici donorlara hədəflənmiş çevik kommunikasiya vasitələri hesabına ianəçiliyin təbliğ edilməsi və nəticədə Fonda köçürülən ianələrin həcminin artırılması;
  • Yerli və xarici ictimaiyyətin münaqişənin reallıqları, səbəbləri və işğal nəticəsində Qarabağa vurulmuş zərər haqqında məlumatlandırılması;
  • Yerli və xarici ictimaiyyətin Qarabağda bərpa və yenidənqurma prosesi və Cənubi Qafqaz regionunda formalaşan yeni reallıq haqqında məlumatlandırılması.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının 20.12.2021-ci il  tarixli qərarı ilə təsdiq olunub.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin strateji istiqamətləri (2022-2025) YÜKLƏ .pdf — 14,7 mb
Paylaş: