İnsan kapitalının (cəmiyyətin) inkişafı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında müəyyən edilmiş 5 milli prioritetdən biri “rəqabət qabiliyyətli insan kapitalı”nın formalaşdırılmasıdır.
Azad olunmuş ərazilərin dirçəlişi təkcə işğaldan azad edilmiş ərazilərdə infrastrukturun və fiziki obyektlərin bərpasından deyil, həm də ilk növbədə rəqabətli insan kapitalının mövcudluğundan asılıdır.
Digər tərəfdən, Qarabağ Dirçəliş Fondu tərəfindən ianə, qrant və sərmayələrin cəlb edilməsi bilavasitə Fondun nüfuzu, ictimaiyyət tərəfindən ona etibar edilməsi və onun Qarabağın dayanıqlı inkişafına töhfə verə biləcək təşkilat kimi qəbul edilməsi ilə bağlıdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fond həm cəmiyyətin inkişafına öz töhfəsini vermək, həm yerli və beynəlxalq tədqiqatçıların diqqətini işğaldan azad olunmuş ərazilərin gələcək imkanlarının təhlilinə cəlb etmək məqsədi daşıyan tədqiqat, təhsil, bacarıqların və biliklərin inkişafı və bu istiqamətdə digər layihələrin həyata keçirilməsinin vacib olduğunu hesab edir.
Qarabağın dirçəlişi kontekstində insan kapitalının və biliklərin inkişafı üzrə aşağıdakı istiqamətlər əhatə olunacaq:
- Tədqiqat işləri üzrə qrantlar;
- Kitab və digər nəşrlər;
- İnternet-resurslar;
- İcmanın maarifləndirilməsi;
- Bacarıqların inkişafı üzrə layihələr;
- Ekspert icması üçün konfranslar və s.
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının 20.12.2021-ci il tarixli qərarı ilə təsdiq olunub.