Məsuliyyətli investisiyalar

Məsuliyyətli investisiyalar

Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilər və bütövlükdə Azərbaycan dövləti üçün uzunmüddətli və davamlı əlavə dəyər yaradaraq, cəmiyyətimizə müsbət təsir göstərmək üçün nümunəvi və məsuliyyətli investor olmağa və investisiya imkanlarından maksimum bəhrələnməyə çalışacaq.

Layihə və investisiyanın növündən asılı olmayaraq Fondun fəaliyyətinin şəffaflıq və hesabatlılıq prinsipləri əsasında qurulmasına diqqət yetiriləcək.

Qeyd olunmalıdır ki, Fondun fəaliyyətinin maliyyələşdirilməsi (həyata keçirilən layihələr və əməliyyat xərcləri daxil olmaqla)  investisiyalardan əldə edilən mənfəət hesabına həyata keçiriləcək.

Fondun investisiya strategiyası aşağıdakı prinsiplərə əsaslanaraq mütəmadi olaraq nəzərdən keçirilərək yenilənəcək:

  • Minimum riskli investisiya alətlərinə və layihələrə investisiya qoymaqla dəyərin yaradılması (mənfəət, gəlir və ya yatırımın bazar dəyərinin artması hesabına);
  • Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) faktorlarının investisiya qərarlarının verilməsi prosesində tətbiq edilməsi;
  • İnvestisiya qərarlarının yalnız müvafiq sahənin peşəkar iştirakçıları ilə əməkdaşlıq çərçivəsində verilməsi;
  • İnvestisiya qərarlarının Müşahidə Şurası tərəfindən təsdiqlənən müvafiq İnvestisiya Qaydaları və Siyasətlərin tələblərinə uyğun verilməsi.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının 20.12.2021-ci il tarixli qərarı ilə təsdiq olunub.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin strateji istiqamətləri (2022-2025) YÜKLƏ .pdf — 14,7 mb
Paylaş: