Ekoloji tarazlığın bərpası

Ekoloji tarazlığın bərpası

Qlobal iqlim dəyişikliyi istisnasız olaraq bütün ölkələrə ciddi mənfi təsir etməkdədir.

Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il fevralın 2-də imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı strateji əhəmiyyətli sənədi xüsusi qeyd etmək olar.

Bu strategiyaya əsasən, “Azərbaycanı təmiz ətraf mühitə və yaşıl inkişafa malik ölkə”yə çevirmək bu onillikdə həyata keçiriləcək beş milli prioritetdən biridir.

Erməni işğalı nəticəsində Qarabağın ekologiyasına (regionun meşə örtüyünə, biomüxtəlifliyinə, su ehtiyatlarına və s.) külli miqdarda ziyan vurulub. Bunu Azərbaycan Respublikasının rəsmi qurumlarının və beynəlxalq təşkilatların çoxsaylı hesabatları, həmçinin “Azərkosmos” şirkəti tərəfindən dərc edilmiş peyk görüntüləri sübut edir.

Qarabağ Dirçəliş Fondu bu problemin əhəmiyyətini və miqyasını dərk edərək işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası üçün aşağıdakı sahələr üzrə layihələri fəal şəkildə dəstəkləyəcək:

  • Qarabağda meşə örtüyünün artırılması və biomüxtəlifliyin bərpası;
  • İqtisadi artımı nəzərə alaraq ekoloji mühit tarazlığının təmin edilməsi məqsədi ilə yararsız torpaq sahələrinin dövriyyəyə cəlb edilməklə mövcud resurslarının bərpa edilməsi;
  • Su və digər resurslardan səmərəli istifadə;
  • Yaşıl enerji layihələri və s.

Fond fəaliyyətini ekologiya sahəsində qabaqcıl təcrübə, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və beynəlxalq normalara uyğun olaraq həyata keçirəcək, eyni zamanda təkcə özü üçün deyil, həm də podratçıları üçün müvafiq ekoloji standartlar tətbiq edəcək.

Əlavə olaraq Fond bütün dəyər zənciri (value chain) boyunca ətraf mühitə təsirini daim qiymətləndirəcək və onun mənfi təsirini azaltmaq məqsədi ilə işçilər və partnyorlarını müvafiq bilik, resurslar və alətlərlə təmin etməyə səy göstərəcək.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının 20.12.2021-ci il  tarixli qərarı ilə təsdiq olunub.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin strateji istiqamətləri (2022-2025) YÜKLƏ .pdf — 14,7 mb
Paylaş: