Qarabağın investisiya və işgüzar potensialının təşviqi

Qarabağın investisiya və işgüzar potensialının təşviqi

(o cümlədən sərmayələrin cəlb edilməsi və dövlət-özəl sektor tərəfdaşlığının təşviqi)

İşğaldan azad olunmuş ərazilərin işgüzar fəallığının stimullaşdırılması və sərmayə potensialının təşviqi üzrə layihələrə xüsusi diqqət yetirilməlidir.

Bununla yanaşı, dövlət-özəl sektor tərəfdaşlığının təşviqi xüsusi əhəmiyyət kəsb edir və bu tərəfdaşlığın təşviqi Fondun qarşısında qoyulmuş vəzifələrdən biridir.

Bu istiqamətdə vəzifələri yerinə yetirərkən Fond müxtəlif müvafiq dövlət strukturları, xarici investisiya şirkətləri və fondları, eləcə də fərdi və korporativ investorlar kimi maraqlı tərəflərlə tərəfdaşlıq edərək, aşağıdakı istiqamətlər üzrə layihələri həyata keçirəcək:

  • Qarabağ ərazisinin dayanıqlı inkişafına töhfə vermək, məşğulluğun və əhalinin rahat şəraitdə yaşamasını təmin etmək məqsədilə bu regionun investisiya qoyuluşunun potensialının, perspektivli istiqamətlərinin təşviqi;
  • Qarabağda ətraf mühitə mənfi təsir göstərməyəcək balanslaşdırılmış inkişafı formalaşdırmaq məqsədilə burada yaşıl energetika, həmçinin ekoloji cəhətdən təhlükəsiz və səmərəli sosial infrastruktur, bina və digər obyektlərin (o cümlədən "ağıllı kəndlər"in) inkişafına dair təkliflər və layihələrin hazırlanması üçün dəstəyin göstərilməsi;
  • Potensial investorlardan təkliflərin toplanması və təhlili, müvafiq sənədlərin öyrənilməsi və onların daha perspektivlilərinin müvafiq dövlət orqanlarında baxılması üçün yönləndirilməsi;
  • Müxtəlif dövlət və özəl qurumlarla imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində müvafiq layihələrin həyata keçirilməsi.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının 20.12.2021-ci il  tarixli qərarı ilə təsdiq olunub.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin strateji istiqamətləri (2022-2025) YÜKLƏ .pdf — 14,7 mb
Paylaş: