Dayanıqlı məskunlaşma

Dayanıqlı məskunlaşma

Məlum olduğu kimi, “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunan 5 ümummilli məqsədlərdən biri kimi qeyd olunub.

Bu məqsədə uğurla nail olmaq üçün azad edilmiş ərazilərdə məcburi köçkünlərin və yeni sakinlərin dayanıqlı məskunlaşması təmin edilməli, həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, burada dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.

Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların daimi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq.

Bunun üçün azad edilmiş ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.

Bu kontekstdə Qarabağ Dirçəliş Fondu müvafiq dövlət strukturları, qeyri-hökumət sektoru və bizneslə sıx əməkdaşlıq edərək aşağıdakı istiqamətlər üzrə layihələrə dəstək vermək niyyətindədir:

  • Azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlərin, eləcə də Qarabağ bölgəsinin yeni sakinlərinin adaptasiyası;
  • Onların yüksək rifahlı həyatlarının təmin olunması üçün lazımi bilik və bacarıqlarının inkişafına dəstəyin verilməsi;
  • Sahibkarlığın inkişafı üçün layihələrin dəstəklənməsi;
  • Hüquqi yardım və dəstəyin göstərilməsi;
  • Məcburi köçkünlərin ehtiyaclarının öyrənilməsi və təmin olunması;
  • Dayanıqlı məskunlaşma üzrə siyasət və proqramların işlənib hazırlanması və həyata keçirilməsi;
  • İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın imkanları, perspektivləri və uğurları haqqında müvafiq məlumatların geniş ictimaiyyətə çatdırılması və təbliği;
  • Dayanıqlı məskunlaşmanı dəstəkləyən digər layihələr.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının 20.12.2021-ci il  tarixli qərarı ilə təsdiq olunub.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin strateji istiqamətləri (2022-2025) YÜKLƏ .pdf — 14,7 mb
Paylaş: