“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ üçün nəqliyyat vasitəsinin alınması üzrə maliyyə dəstəyi
Layihə haqqında
- İcraçı / Resipiyent: “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ
- Maliyyə dəstəyi: Qarabağ Dirçəliş Fondu
- Podratçı: “Azərbaycan Automobiles” QSC (VÖEN: 1700977721)
- Büdcə: 62.000,00 AZN (altmış iki min)
İşğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərində pul vəsaiti ilə yanaşı texniki vasitələrə də ehtiyac duyulur. Buna görə də Qarabağ Dirçəliş Fondu tərəfdaş və donorların dəstəyi ilə Qarabağda həyata keçirilən layihələrin icrası üçün tələb olunan texniki vasitələrin və digər zəruri avadanlıqların təmin edilməsini həyata keçirir.
Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində istifadə olunur.
Bu istiqamətdə görülən işlərə uyğun olaraq Qarabağ Dirçəliş Fondunun (QDF) maliyyə dəstəyi hesabına “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə bir ədəd tam ötürücülü hibrid nəqliyyat vasitəsinin satın alınması həyata keçirilib.
Bu xidmətlərin həyata keçirilməsi üzrə ayrılan qrantın məbləği 62.000,00 AZN (altmış iki min) təşkil edir.
Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərin bərpası üçün həm pul vəsaiti, həm də texnikalar ianə edən bütün tərəfdaşlarına təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.