“Şahbulaq qalası” kompleksinin ətrafında turizm infrastrukturunun yaradılması

Ağdam şəhəri | Davam edir | Bərpa və yenidənqurma

Layihənin iştirakçıları

Sifarişçi:

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, qoruqların ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını təmin etmək, milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir.

Maliyyə dəstəyi:

Qarabağ Dirçəliş Fondu

Qarabağ Dirçəliş Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.

İcraçı / Resipiyent*

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi” PHŞ

“Qoruqları İdarəetmə Mərkəzi”nin əsas vəzifələri qoruqların ərazilərində yerləşən maddi-mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etmək, qoruqlardan məqsədyönlü istifadəni təmin etməklə onların ərazilərində effektiv inzibati və maliyyə idarəçiliyini tətbiq etmək, qoruq ərazilərində turizm marşrutlarını müəyyən etməklə onların turizm potensialını inkişaf etdirmək, tarixi və mədəni irs nümunələrinin mühafizəsinə və təbliğinə dair tədqiqat işlərini dəstəkləyib ictimai maarifləndirməni artırmaqdan ibarətdir.

Qeyd: Maliyyə dəstəyini alan qurum

Podratçı

“AM.M Line” MMC

2005-ci ildə yaranan “AM.M Line” MMC şirkəti “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” fəaliyyət növü üzrə işlərin həyata keçirilməsi ilə məşğuldur.