Üzeyir Hacıbəylinin heykəlinin yenidən yaradılması

Şuşa şəhəri | Yekunlaşıb | Bərpa və yenidənqurma
01/4

Layihə haqqında

Ümumi məlumat

Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim və ictimai xadim, müasir Azərbaycanın peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin heykəli Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizmi nəticəsində tamamilə dağıdılmışdı.  

Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpa olunması sahəsində həyata keçirilən çoxsaylı layihələr çərçivəsində yenidən yaradılması sifariş olunan heykəlin 29 avqust 2021-ci il tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi baş tutub.

İşlər Heydər Əliyev Fondunun təşəbbüsü və sifarişi, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Yeni heykəl heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanıb. 

Heykəlin ölçüləri:

  • Hündürlüyü – 320 sm
  • Uzunluğu – 130 sm
  • Eni – 80 sm

Materialı – Bürünc.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə 1985-ci ildə Şuşa şəhərində bəstəkarın heykəli ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanmış abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb.

Orijinal heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.

Görülən işlər

  • Heykəlin cizgilərinin yaradılması;
  • Cizgilərə əsasən eskizlərin yaradılması;
  • Kiçik maketin yaradılması və üzərində işlənməsi;
  • Maket əsasında real ölçülü abidənin gipsdən yaradılması və üzərində müəlliflərin işləməsi;
  • Qəlibləmə və tökmə işləri;
  • Postamentin hazırlanması;
  • Açılış üçün çexolun tikilməsi;
  • Heykəlin Şuşa şəhərinə çatdırılması və quraşdırılması.

Aşağıda əlavə olunan videogörüntülər heykəlin hazırlanma prosesini əks etdirir:

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak ediblər: