Qarabağ Dirçəliş Fondu Cənubi Qafqazda post-münaqişə dövründə inkişafa həsr edilmiş tədbirdə təmsil olunub

Qarabağ Dirçəliş Fondu Cənubi Qafqazda post-münaqişə dövründə inkişafa həsr edilmiş tədbirdə təmsil olunub

|
Paylaş:

14 iyun 2022-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” adlı tədbirdə məruzəçi qismində çıxış edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

İdarə Heyətinin sədri Rəhman Hacıyev tədbirdə çıxışı zamanı bildirib ki, Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən tədbirlərə dəstəyin göstərilməsi,  iştirakçılığın təmin edilməsi, ictimaiyyətin zərərin miqyası barədə məlumatlandırılmasından birbaşa asılıdır. Qarabağda dağıntıların miqyası onu deməyə əsas verir ki, işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi olduqca vacibdir.

Fondun fəaliyyət istiqamətləri barədə məlumat verən Rəhman Hacıyev bildirib ki, Fond tərəfindən Qarabağın diçəlişinə ianə cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə dövlət-özəl tərəfdaşlığının inkişafı və təşviqinə mühüm töhfə vermək məqsədilə bir sıra tədbirlərlər həyata keçirilir.

Tədbirdə ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun materialları əsasında hazırlanan “Qarabağda Urbisid” videoçarxı və eyniadlı fotosərgi tədbir iştirakçılarına təqdim olunub.

Digər xəbərlər