Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Fondun əməkdaşları 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.
Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban verən qəhrəman oğul və qızlarımızın əziz xatirəsi dərin hüzn və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!