Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm qələbə Qarabağın uzun onilliklər ərzində davam edən işğalına son qoyaraq, ölkəmizin ərazi bütövlüyünü təmin etdi.
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, dayanıqlı inkişafı, milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, eləcə də layiqli yaşayış şəraitinin yaradılması üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Bunu nəzərə alaraq, Qazax Müəllimlər Seminariyası / ADA Universiteti Qazax Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə məktəblilər arasında “Qarabağın bərpası şagirdlərin gözü ilə” şüarı altında “Azərbaycanın gənc qurucuları” adlı layihə əsaslı olimpiadaya start verilir.
Ölkə üzrə ilk layihə əsaslı öyrənmə olimpiadasının keçirilməsində əsas məqsəd şagirdlərin layihə əsaslı biliklərə yiyələnməsinin təmin edilməsi, onların Qarabağla bağlı bilikləri təcrübədə istifadə etmələrinə təşviq etmək, eləcə də onların araşdırma və təqdimat bacarıqlarının, dəyərləndirmə və yaradıcılıq təfəkkürlərinin inkişafına dəstək olmaqdır.
Olimpiadada iştirak şərtləri:
- Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarından olan məktəb şagirdləri olimpiadaya sənəd təqdim edə bilərlər.
- Hər bir ümumtəhsil məktəbi tərkibində 5-7 nəfər şagirddən ibarət bir və ya bir neçə komanda ilə müsabiqədə iştirak edə bilər. Komandalarda iştirak edəcək şagirdlər hazırda ümumtəhsil məktəbində oxuyan 6-9-cu sinif şagirdləri ola bilərlər. Hər komandaya məktəbin bir müəllimi mentorluq etməlidir.
- Olimpiadada iştirak etmək üçün hər komanda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində layihəni təqdim etməlidir.
- Olimpiadaya qatılmaq istəyən məktəblər öz komandalarını bu keçiddən qeydiyyatdan keçirməlidir.
- Daha sonra komanda və onun mentoru öz layihələrini qeyd olunan son tarixədək hazırlayıb təqdimatları ilə birgə video görüntüsünü çəkərək aşağıdakı elektron poçt ünvanına göndərməlidir: nmahammadli@ada.edu.az
- Olimpiadaya işlərini göndərmiş komandaların layihələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, ən yaxşı modelləri və təqdimatları hazırlamış komandalar finala dəvət olunacaq. Finalda münsiflər heyəti tərəfindən qalib komanda müəyyənləşəcək. Qalib komandanın şagirdləri və müəllimləri müxtəlif hədiyyə və diplomlarla təltif ediləcəklər.
- Qalib komandanın mentor müəllimi isə 2023-2024-cü tədris ilində təşkil ediləcək “Bir müəllimin manifesti” ixtisasartırma proqramında iştirak hüququ qazanacaq.
Layihələr üçün şərtlər:
- Hər komanda layihəsini kamera qarşısında 10 dəqiqə müddətində təqdim edərək videoyazını göndərməlidir.
- Layihənin modelinin aydın əks olunduğu 10 ədəd fotoşəkil təqdim edilməlidir.
- Komanda öz layihəsinin minimum 1200 simvoldan ibarət yazılı mətnini Word proqramında “Times New Roman” 12 şrifti ilə 1,5 sətirarası intervalla təqdim etməlidir.
- Tamamlanmış işlər nmahammadli@ada.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Layihələr üçün meyarlar:
- Tarixilik - Təqdim ediləcək layihələr bərpası nəzərdə tutulan ərazinin tarixi, mədəni və memarlıq ənənələri ilə üst-üstə düşməlidir.
- İnnovativlik - Təqdim olunacaq layihələr innovativ yanaşmaları, müasir və effektiv üsullardan istifadəni özündə əks etdirməldir.
- Dizayn - Təqdim olunacaq layihələrin dizaynı modernizm və tarixiliyi özündə əks etdirməlidir.
- Reallıq - Təqdim olunacaq layihə və təklif ediləcək bərpa işləri nəzərdə tutulan ərazinin coğrafiyasına, torpaq quruluşuna və iqliminə uyğun hazılanmalıdır.
5. Təqdimetmə - Təqdimatlar Azərbaycan dilində, dilimizin norma və prinsiplərinə uyğun olaraq hazırlanmalıdır.
Təqdim ediləcək layihələr üçün tövsiyə olunan istiqamətlər:
- Qarabağda Azərbaycan xalqının milli-mədəni irsinin bərpası
- Qarabağın yeni inkişaf modeli: “ağıllı şəhər” və “ağıllı kənd”lər
- Qarabağda yeni nəfəs: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ekoloji tarazlığın bərpası
- Qarabağ - Azərbaycanın yeni “Yaşıl enerji” məkanı
- Qədim tarixə və zəngin təbiətə malik Qarabağda turizmin inkişafı
- Qarabağın dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi
- Qarabağın görkəmli şəxsiyyətləri
Layihələrin hazırlanması üçün faydalı resurs: https://karabakh.center/az
Karabakh.Center layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmışdır.
Vacib tarixlər: