Qarabağ üçün ianə edərək qadınları 8 Mart münasibəti ilə təbrik edin

Qarabağ üçün ianə edərək qadınları 8 Mart münasibəti ilə təbrik edin

|
Paylaş:

Qarşıdan 8 Mart - Beynəlxalq Qadınlar Günü gəlir. Hər bir qadın dəyərdir. Sizə doğma olan qadınları daha da özəl hiss etdirəcək, mənəvi dəyəri yüksək bir hədiyyə ilə təbrik edin.

Qarabağın dirçəlişi hər bir azərbaycanlının ən mühüm missiyası, mənəvi borcudur. Torpaqlarımızın azad olunması uğrunda canlarından keçən oğul və qızlarımızın azad etdiyi Vətənimizi abad etməyin vaxtıdır. Əlamətdar günlər münasibətilə hazırlanan xüsusi “İanə sertifikatı” da bu gözəl təşəbbüsə qoşulmaq üçün bir vasitədir.

Sertifikatı əldə etmək üçün Fondun veb-səhifəsinə (https://qdf.gov.az/iane-imkanlari/hediyye/8mart/) daxil olub təbrik etmək istədiyiniz xanımın adını qeyd edib, daha sonra ianə edəcəyiniz vəsaitin məbləğini və ya ağac sayını seçərək ianə etmək kifayətdir.

Hədiyyə edəcəyiniz xüsusi “İanə Sertifikatı” hər bir qadın üçün çox böyük mənəvi dəyərə malik olacaqdır.

Əziz xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və uğurlar arzu edirik!

Digər xəbərlər