Qarabağ Dirçəliş Fonduna yeni səlahiyyətlər verildi

Qarabağ Dirçəliş Fonduna yeni səlahiyyətlər verildi

|
Paylaş:

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Nizamnaməsinə dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 23) ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənddə “ölkə daxilində və ölkə xaricində” sözləri “görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 3.2.10-1-ci yarımbənd əlavə edilsin:

“3.2.10-1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin razılığı ilə publik hüquqi şəxs yaratmaq;”.

3. 3.2.11-ci yarımbəndə “nəşrlər buraxmaq” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin razılığı ilə media subyekti təsis etmək” sözləri əlavə edilsin.”

Mənbə: President.az

Digər xəbərlər