Qarabağ üçün ianə edərək doğmalarınızı və dostlarınızı Novruz Bayramı münasibəti ilə təbrik edin

Qarabağ üçün ianə edərək doğmalarınızı və dostlarınızı Novruz Bayramı münasibəti ilə təbrik edin

|
Paylaş:

Uzun müddət davam edən işğal nəticəsində Qarabağın ətraf mühitinə, təbiətinə olduqca böyük ziyan dəyib. Meşələrimizin qırılması və yandırılması, su ehtiyatlarımızın çirkləndirilməsi, flora və faunamızın məhv edilməsi, təbii sərvətlərimizin talan edilməsi nəticəsində bölgənin ekoloji tarazlığı ciddi şəkildə pozulub. Təbiətin, həyatın oyanması isə elə bu fəsildən başlanır.

Təbiətin canlanmasının rəmzi olan Novruz Bayramında Qarabağın dirçəlişinə töhfə vermək mümkündür. Hər bir təşəbbüs, hər bir ianə misilsiz zərərin aradan qaldırılmasına və orada tezliklə həyatın bərpa olunmasına xidmət edə bilər.

Sözsüz ki, Qarabağın dirçəlişi hər bir azərbaycanlının ən mühüm missiyası, mənəvi borcudur. Torpaqlarımızın azad olunması uğrunda canlarından keçən oğul və qızlarımızın azad etdiyi Vətənimizi abad etməyin vaxtıdır. Qarabağ Dirçəliş Fondu tərəfindən əlamətdar günlər münasibətilə hazırlanan xüsusi “İanə Sertifikatı” da bu gözəl təşəbbüsə qoşulmaq üçün bir vasitədir.

Böyük mənəvi dəyəri olan bu hədiyyə bu günə qədər aldığınız və ya bağışladığınız ən qiymətli hədiyyələrdən biri olacaq.

Sertifikatı əldə etmək üçün Fondun veb-səhifəsinə (https://qdf.gov.az/iane-imkanlari/hediyye/novruz-bayrami/) daxil olub təbrik etmək istədiyiniz şəxsin adını qeyd edib, daha sonra ianə edəcəyiniz vəsaitin məbləğini və ya ağac sayını seçərək ianə etmək kifayətdir.

Edilən ianələr Qarabağın bərpası, dirçəlişi istiqamətində həyata keçirilən tədbirlərə yönləndiriləcək. Qarabağda məhv edilən yaşıllıqların yenidən bərpası üçün bu gün əkiləcək hər bir ağac gələcək üçün yeni nəfəsdir.

Qarabağı birlikdə daha gözəl bərpa edək!

Digər xəbərlər