“Nurgün Motors” Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib

“Nurgün Motors” Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib

|
Paylaş:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə işğaldan azad edilən ərazilərin yaşıllaşdırılmasına dəstək verən şirkətlərin sayı artmaqdadır. Həmin şirkətlərin sırasına “Nurgün Motors” da qoşulub.

Belə ki, dünyanın bir sıra tanınmış avtomobil şirkətlərinin Azərbaycanda rəsmi distributoru olan şirkət Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib.

“Nurgün Motors” şirkətinin bu təşəbbüsü işğaldan azad olunan ərazilərin dirçəlişi və Qarabağda təbiətin yaşıllaşdırılmasına töhfə verəcək.

Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün “Nurgün Motors” şirkətinin rəhbərliyinə təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.

Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, Qarabağın dirçəlişi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin təzahürüdür.

Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına sahib çıxmaq hər birimizin borcu, ümumxalq işidir.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanan əməkdaşlığa dair “Anlaşma Memorandumu” çərçivəsində donor şirkətlərin dəstəyi ilə Zəngilanda 30 min ağacdan ibarət olan meşə massivinin salınması layihəsi uğurla həyata keçirilib.

Fond işğaldan azad olunan digər ərazilərimizdə də yaşıllaşdırma layihələrini davam etdirəcək.

Gəlin, Qarabağı daha yaşıl bərpa edək!

Digər xəbərlər