Qarabağ üçün ianə edərək doğmalarınızı və dostlarınızı 28 May - Müstəqilllik Günü münasibəti ilə təbrik edin

Qarabağ üçün ianə edərək doğmalarınızı və dostlarınızı 28 May - Müstəqilllik Günü münasibəti ilə təbrik edin

|
Paylaş:

Əlamətdar günlər münasibətilə yaxınlarımızı təbrik edərkən çox mühüm bir missiyanın iştirakçısına da çevrilə bilərik.

Qarabağ Dirçəliş Fondu bir çox özəl günləri əhatə edən “Hədiyyə sertifikatı”nı təqdim edir. Doğum günü, Zəfər bayramı, 28 May - Müstəqillik Günü və s. kimi əhəmiyyətli günlər münasibətilə bu sertifikatları hədiyyə etməklə hazırda dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəstək göstərə bilərsiz. 

Qarşıdan olduqca önəmli tarixi gün sayılan 28 May Müstəqillik Günü gəlir. Bu münasibətlə hədiyyə sertifikatı (https://qdf.gov.az/iane-imkanlari/hediyye/28-May-Musteqilllik-Gunu/#tree) əldə edərək ənənəyə qoşulun, hər kəsə bu təşəbbüsə qoşulması üçün çağırış edin. 

Gücümüz birliyimizdədir. 

Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik.

Digər xəbərlər