“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans
Layihə haqqında
- Konfransın təşkilatçıları:
- Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə xüsusi nümayəndəliyi;
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi;
- Qarabağ Dirçəliş Fondu;
- AMEA İqtisadiyyat İnstitutu.
Konfrans haqqında məlumat:
2021-ci il 16-17 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransın əsas məqsədi Ağdam rayonunda və bütövlükdə Qarabağda dayanıqlı və davamlı iqtisadi inkişaf modelinin, habelə yaşıl enerji, ağıllı şəhərlərin qurulması və digər smart texnologiyaların tətbiqinə dair mümkün metodları müzakirə etmək idi.
Konfransdan öncə tədbir iştirakçıları Ağdam şəhərində Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığını, Çörək muzeyini, Ağdam Dövlət Dram Teatrını, Cümə məscidini və Mərkəzi meydanı ziyarət ediblər, daha sonra Ağdam torpağında birlikdə ağac əkiblər.
Konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulslari” I Beynəlxalq elmi-praktik konfransının iştirakçılarına müraciəti səsləndirilib.
Konfransın çıxışçıları:
- Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonunun azad edilmiş hissəsində xüsusi nümayəndəsi Emin Hüseynov,
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov,
- Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev,
- Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov,
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov,
- AMEA İqtisadiyyat İnstitutunun professoru Akif Musayev,
- Əcnəbi ekspert Amanda Paul (Avropa Siyasi Mərkəzi, Belçika),
- Dr. Venzeslav Sabev (İdarəçilik, İnam və Dəyərlər Mərkəzinin direktoru, İsveçrə),
- Dr. Cannet Mitçell (Elison Tədqiqatlar Mərkəzi, ABŞ) və digərləri.
100-dən artıq elmi məqalənin təqdim olunduğu konfransda Qarabağda yeni iqtisadiyyat quruculuğu, iqtisadçı alimlərin tədqiqatlarının bu baxımdan əhəmiyyəti, Qarabağın təbii resursları və yaşıl enerji potensialı, məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı məsələləri və digər mövzular ətrafında geniş fikir mübadilələri aparılıb.
Daha sonra yerli və xarici qonaqların iştirakı ilə sual-cavab sessiyası keçirilib.
Növbəti gün konfrans işini videoformatda davam etdirib.
Konfransın nəticəsi:
2021-ci il 16-17 sentyabr tarixlərində Ağdam şəhərində “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransın əhəmiyyəti nəzərə alınaraq onun materialları kitab şəklində çap edilib.
Konfransın ildönümü münasibəti ilə dərc olunan kitabda konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu, təşkilatçı qurumların rəhbərlərinin açılış nitqləri, konfrans iştirakçılarının üç dildə - Azərbaycan, ingilis və rus dillərində məruzə və məqalələri toplanıb.
Kitabı yükləmək üçün linkə keçid edə bilərsiniz.