Cəbrayıl rayonunun Horovlu kəndində yaşıllıqların salınması










Layihə haqqında
- Sifarişçi: “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ
- Maliyyə dəstəyi: Qarabağ Dirçəliş Fondu
- İcraçı / Resipiyent: “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ
- Podratçı: "TUTTO BELLO" MMC
- Büdcə: 67.363,50 AZN (altmış yeddi min üç yüz altmış üç manat əlli qəpik)
İşğal dövründə Azərbaycan florasının 42%-ni təşkil edən Qarabağın qiymətli ağac və kol növləri ilə zəngin təbii meşələri məqsədyönlü şəkildə erməni işğalçıları tərəfindən məhv edilib ki, bu da həmin ərazidə biomüxtəlifliyin azalmasına səbəb olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində ekoloji terrorun nəticələrinin aradan qaldırılması məqsədilə yaşıllıqların salınması davam etdirilir.
Yaşıllaşdırma işləri Cəbrayıl rayonunda da aparılmaqdadır. Belə ki, sözügedən rayonun Horovlu kəndinə köçəcək sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək üçün kəndin mərkəzində parkın salınması nəzərdə tutulub. Buna uyğun olaraq Qarabağ Dirçəliş Fondunun (QDF) maliyyə dəstəyi hesabına 26 noyabr 2025-ci il tarixində park ərazisində yaşıllıqların salınması layihəsi həyata keçirilib.
Layihə çərçivəsində Qarabağ Diçəliş Fondunun maliyyə dəstəyi ilə kəndin park ərazisində ümumilikdə 70 ədəd oleandr, 50 ədəd zeytun, 450 ədəd şərq çinarı, 100 ədəd yapon əzgili, 50 ədəd gavalı, 200 ədəd Eldar şamı, 250 ədəd piramidal sərv olmaqla, ümumilikdə 1170 ağac əkilib.
Bu xidmətlərin həyata keçirilməsi üzrə ayrılan qrantın məbləği 67.363,50 AZN (altmış yeddi min üç yüz altmış üç manat əlli qəpik) təşkil edir.