“Dirçəliş Kuboku” minifutbol turniri

Bakı şəhəri | Davam edir | Təşviqat işləri və çevik kommunikasiyalar
01/1

Layihə haqqında

  • Tarix: Sentyabr-Dekabr, 2024-cü il
  • Təşkilatçı: Qarabağ Dirçəliş Fondu
  • Partnyor: Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)
  • Baş Sponsor:  Veysəloğlu Şirkətlər Qrupu
  • Tərəfdaş: “Azərlotereya” ASC
  • İnformasiya dəstəyi: “CBC Sport” telekanalı

Ümumi məlumat:

Azərbaycanda futbolsevərləri bir araya gətirəcək yeni xeyriyyə minifutbol turnirinə start verilir.

Turnir Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, "Azərlotereya" ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək.

Oyunlar Bakı Olimpiya Stadionunun ərazisində yerləşən “Sportster” minifutbol kompleksində keçiriləcək.

Turnirin reqlamentinə əsasən, qalib adı uğrunda mübarizədə 40 komandanın iştirakı nəzərdə tutulur.

3 ay davam edəcək turnirdə ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medal və xüsusi mükafatlarla təltif ediləcəklər. Bundan başqa turnirin ən yaxşı qapıçısı, bombardiri və ən yaxşı oyunçusuna (MVP) əlavə olaraq xüsusi mükafatlar veriləcək.

Turnirin reqlamenti ilə daha ətraflı burada tanış olmaq, qeydiyyatla bağlı müraciət üçün isə bu linkə keçid etmək mümkündür.

Qeyd: Turnirin keçirilməsindən əldə olunacaq vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.