Füzuli Mərkəzi Parkı üzrə layihə-smeta sənədlərinin hazırlanması

Füzuli şəhəri | Davam edir | Ekoloji tarazlığın bərpası

Layihənin iştirakçıları

Sifarişçi: 

Qarabağ Dirçəliş Fondu

Qarabağ Dirçəliş Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.

Podratçı:

“By Medqalçı” MMC

Şirkət hündürmərtəbəli binalarda, sənaye binalarında, məktəblərdə, ofislərdə, villalarda, otellərdə, əyləncə mərkəzində və restoranlarda dizayn xidmətləri göstərir. 

Memarlıq, təmir və dizayn işləri sahəsində geniş təcrübəyə malik olan şirkət konsaltinq, layihələrin idarə olunması xidmətləri də təqdim edir.