Füzuli Mərkəzi Parkı üzrə layihə-smeta sənədlərinin hazırlanması

Füzuli şəhəri
Qarabağ Dirçəliş Fondunun nümayəndə heyəti “PSB ANATOLIA – 2023” beynəlxalq sərgisi ilə tanış olub

Qarabağ Dirçəliş Fondunun nümayəndə heyəti “PSB ANATOLIA – 2023” beynəlxalq sərgisi ilə tanış olub

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sakarya şəhərində keçirilən “PSB ANATOLIA – 2023” beynəlxalq landşaft, dekorativ bitkilər, bağçılıq sənəti və avadanlıqları sərgisi ilə tanış olmaq üçün Türkiyə Respublikasına işgüzar səfər edib.

Səfər təşkilatçıların dəvəti ilə “Füzuli Mərkəzi Parkı” layihəsinin icrası çərçivəsində baş tutub.

Məlumat üçün bildirək ki, 6-9 sentyabr tarixlərində keçirilən sərgidə 22-dən çox müxtəlif bitki istehsalçısı, eləcə də 40 minə yaxın yerli və xarici ziyarətçilər iştirak ediblər. Sərgidə bənzərsiz bitki növləri, ağaclar, kollar və abadlıq üçün bəzək bitkiləri nümayiş etdirilib.

Səfər zamanı Rəhman Hacıyev sərginin təşkilatçıları və türkiyəli həmkarlarla görüşüb. Görüşlər zamanı parkların tikintisi, dayanıqlıq, inklüzivlik və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Nümayəndə heyəti regionun bir neçə ən böyük tingçilik təsərrüfatlarına da baş çəkərək burada suvarma, suyun saxlanması və zənginləşdirilməsi sistemləri, müxtəlif bitki növləri və onların xüsusiyyətləri ilə ətraflı tanış olub.

Onu da qeyd edək ki, sözügedən tədbir Sakarya şəhərinin İcra Hakimiyyəti, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Baş Meşə İdarəsi, Dekorativ Bitki İstehsalçılarının Birliyi və bir sıra özəl yerli qurumların təşkilatçılığı ilə həyata keçirilmişdi.

Digər xəbərlər