#KarabakhTalks müzakirə platforması
Layihə haqqında
- İştirakçılar: Geniş ictimaiyyət (o cümlədən dövlət qulluqçuları, QHT nümayəndələri, gənclər, diaspora və s.)
- İştirakçı sayı: 2500-dək (31.12.2023-cü il tarixinə)
Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri də çevik kommunikasiyalar qurmaqla işğaldan azad olunmuş ərazilərin dirçəlişi ilə bağlı müvafiq məlumatları ictimaiyyətə çatdırmaqdır.
İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstəyinin cəlb edilməsi onların Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından və ianəçilik mədəniyyətinin təbliğ edilməsindən birbaşa asılıdır.
Qarabağ Dirçəliş Fondu qeyd edilən istiqamətlərdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün müxtəlif formatlarda “#KarabakhTalks” müzakirə platforması çərçivəsində geniş ictimaiyyət üçün maarifləndirici görüşlər təşkil edir, Ermənistan – Azərbaycan münaqişəsinin səbəbləri, nəticələri və münaqişə nəticəsində Qarabağa vurulmuş zərər, post-müharibə dövrü, Qarabağın dirçəlişi yolunda görülən işlərlə bağlı geniş kütləni məlumatlandırır.
Qeyd edilən müzakirələr zamanı aşağıda qeyd olunan mövzulara xüsusi diqqət ayrılır:
- İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri və Cənubi Qafqaz regionunda formalaşan yeni reallıq,
- Fondun dəstəklədiyi və həyata keçirdiyi layihələr,
- Qarabağın dirçəlişində “dövlət – biznes - cəmiyyət” sinergiyasının və ümumilikdə həmrəyliyin rolu,
- Ermənistanla münaqişənin reallıqları, səbəbləri və erməni işğalı nəticəsində Qarabağa vurulmuş zərər.
“Karabakh Talks” müzakirə platforması çərçivəsində keçirilən görüşlərdən bir neçəsi:
- BANM, BDU və ADU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüşlər;
- Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədrinin əcnəbi diplomatlarla “Qarabağda urbisid” mövusunda görüşü;
- Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədrinin “AmCham Azərbaycan” üzvləri ilə görüşü;
- Qarabağ Dirçəliş Fondunun qeyri-hökumət Təşkilatlarının nümayəndələri ilə görüşü;
- Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası.
Ümumilikdə, “Karabakh Talks” müzakirə platforması çərçivəsində keçirilən görüşlərdə 2500-dək insan iştirak edib (31.12.2023-cü il tarixinə).