“İmarət” Kompleksində aparılan bərpa işləri üzrə texnologiya və məzmunun tətbiqinə, qəbirstanlığın bərpasına nəzarət və konsultasiya xidməti
01/13
Layihə haqqında
- Sifarişçi: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
- Maliyyə dəstəyi: Qarabağ Dirçəliş Fondu
- Resipiyent: “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti
- Podratçı: ArtCloud Network International s.c.r.l. (İtaliya)
Layihə haqqında
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Ağdam şəhərində yerləşən və dövlət mühafizəsində olan yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasında yer alan "Pənahəli xanın İmarət Kompleksi"ndə bərpa-yenidənqurma işlərinə, texnologiya və məzmunun tətbiqinə, tarixi qəbirstanlığın bərpasına nəzarət və konsultasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur.
Bu xidmətlərin həyata keçirilməsi üzrə ayrılan qrantın məbləği 542.639,00 (beş yüz qırx iki min altı yüz otuz doqquz) avro təşkil edir.
Sözügedən layihə çərçivəsində Qarabağ Dirçəliş Fondunun (QDF) maliyyə dəstəyi hesabına müvafiq xidmətlər həyata keçirilmişdir.
Layihə çərçivəsində aşağıda əks olunan işlər həyata keçirilmişdir:
- Kompleksin layihələndirilməsinin, o cümlədən bərpa layihəsinin metodologiyasının, landşaft üçün və İmarət divarlarından kənardakı tikili qalıqları üçün memarlıq dizaynının hazırlanmasının müvafiq mərhələlərinə nəzarət və konsultasiyası;
- İnteryer və eksteryerin işıqlandırma dizaynının spesifikasiyasının hazırlanması;
- İmarət ərazisinin bütün sahəsi (hasara alınmış) üzrə ilkin memarlıq landşaft layihəsinin tərtib olunması;
- Muzeyin məzmunu üçün texnologiyanın spesifikasiyalarının müəyyənləşdirilməsi. Muzey, Ziyarətçi mərkəzi, tövlələr və ətraf ərazilər üçün muzey yolunun layihələndirilməsi;
- Müvafiq video materialların, həmçinin izahlı mətn və şəkillərdən ibarət olan panellərin hazırlanması;
- Kompleks üçün texnologiya və məzmunun tətbiqinə nəzarət, həmçinin yeni tikiləcək ziyarətçi mərkəzində interyer dizaynı və muzey təcrübəsinin yaradılması;
- Poliqrafiya məhsullarının (muzeyin interyeri üçün lövhələr, saray daxilində statik ssenari, yaşıllıq sahəsində reklam lövhələri) və muzey əşyalarının istehsalı;
- Kompleksdə aparılacaq bərpa-konservasiya işlərinə və tarixi qəbiristanlığın bərpasına nəzarət və konsultasiya xidmətlərinin göstərilməsi.