Pənahəli Xanın İmarət Kompleksində aparılacaq bərpa-yenidənqurma işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması

Ağdam şəhəri | Yekunlaşıb | Bərpa və yenidənqurma

Layihənin iştirakçıları

Sifarişçi:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Maliyyə dəstəyi:

Qarabağ Dirçəliş Fondu

Qarabağ Dirçəliş Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.

İcraçı / Resipiyent*:

“Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti

“Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC 70 ildir ki, fəaliyyət göstərir. İctimai, inzibati, sənaye bina və qurğuların, xüsusi ilə tarix və mədəniyyət abidələrinin layihələndirilməsi və mütəxəssis rəylərinin verilməsində  iş təcrübəsi olan mütəxəssisləri özündə birləşdirir.

Cəmiyyətin yaradılmasının əsas məqsədi tarix və memarlıq abidələrinin qorunub saxlanması, əhəmiyyət dərəcələrinin təyin edilməsi,  bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər üzrə layihə, təklif və mütəxəssis rəylərinin verilməsindən ibarətdir.

Cəmiyyətin fəaliyyəti yerli peşəkar və beynəlxalq miqyasda ictimaiyyət tərəfindən tanınır. Fəaliyyət göstərdiyi gündən bu günə qədər respublika və beynəlxalq səviyyəli layihələrin icrasında iştirak edib.

Cəmiyyətin əsas idarəedici mütəxəssislərinin 40 ildən çox iş təcrübəsi olduğundan, həmçinin tarix və mədəniyyət abidələri üzrə daha zəngin arxivə sahib olduğundan bütün tapşırıqlar, missiya və məqsədlər istiqamətində Cəmiyyət inamlı, keyfiyyətli və uğurlu fəaliyyət göstərir.

Podratçı:

“Design Bureau” MMC

“Design Bureau” MMC şirkəti 29 mart 2019-cu il tarixində təsis edilmişdir. Şirkət paytaxtda və bölgələrdə yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də müxtəlif biznes obyektlərinin təmir və bərpa işlərini həyata keçirir.