“Qarabağ gecəsi” xeyriyyə konserti (2022)

Azərbaycan Dövlət Akademik Filarmoniyası (Bakı şəhəri) | Yekunlaşıb | Təşviqat işləri və çevik kommunikasiyalar
01/17

Layihə haqqında

  • Təşkilatçılar: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Qarabağ Dirçəliş Fondu
  • Sponsorlar:  “Avrora Qrup” (baş sponsor), “İTALDIZAYN” QSC (sponsor),
  • Partnyorlar: Universal Pro” MMC, “Naxçıvanbank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “OMG International”, “Aqrarkredit”, QSC “PMD Group”, “McDonald’s”.
  • İnformasiya dəstəyi: Azərbaycan Televiziya və Radio Verilişləri” QSC
  • İştirakçı sayı: 400-dən artıq
  • Konsertdən əldə edilən gəlir (QDF-ə ianə edilib): 171 257 manat

Qeyd: Konsertdən əldə edilən vəsait hesabına Şuşa şəhərində yerləşən mədəniyyət müəssisələrinin birinə musiqi aləti - royal alınacaq.

Konsert haqqında məlumat:

2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib.

Konsert proqramı çərçivəsində dinləyicilərə 14 musiqi nömrəsi təqdim olunub.

İfaçıların adı:

1. Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

2. Xalq artisti Fəxrəddin Kərimov

3. Xalq artisti Fərhad Bədəlbəyli

4. Əməkdar artist Aygün Mübariz

5. Əməkdar artist Arzu Əliyeva

6. Əməkdar artist Ceyla Seyidova

7. Əməkdar artist Nərgiz Əliyeva

8. Günay İmamverdiyeva

9. Babək Şuşalı

10. Rövşən Qurbanov

11. Cəlal Kərimov

12. Nərgiz Cəlilova (aparıcı)

13. Tural Məmmədli (aparıcı)

Konsertin bədii hissəsindən dərhal sonra tədbir rəsmi ziyafətlə davam edib.

Rəsmi ziyafətdə konsertin ərsəyə gəlməsində həmrəylik nümayiş etdirərək dəstək olan donorlara Fondun 23 ədəd “Təşəkkür Sertifikatı” təqdim olunub.