“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsi

Bakı şəhəri | Davam edir | Təşviqat işləri və çevik kommunikasiyalar
01/1

Layihə haqqında

  • Layihənin rəsmi veb-saytı: Book.revival.az
  • Sifarişçi: Qarabağ Dirçəliş Fondu
  • Müəllif: Britaniyalı yazıçı Qrem Vilson

Ümumi məlumat:

Qarabağ Dirçəliş Fondunun sifarişi ilə “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsi həyata keçirilib.

500-ə yaxın səhifəni əhatə edən kitabın hazırlanmasında məqsəd Qarabağ həqiqətlərinin, eyni zamanda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərinin, həmçinin Azərbaycanın regionda dayanıqlı sülhün təmin olunması istiqamətində səylərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Britaniyalı yazıçı Qrem Vilsonun qələmə aldığı kitab Qarabağın tarixini, işğal dövrünü, azad olunmasını, bərpa prosesini və gələcəyə baxışını mətn, fotoşəkillər, eləcə də rəsmi şəxslərin, dövlət nümayəndələrinin və ekspertlərin müsahibələrini, o cümlədən doğma torpaqlarından didərgin düşmüş insanların xatirələrini də özündə birləşdirməklə geniş şəkildə işıqlandırır.

Layihə çərçivəsində yaradılan xüsusi rəqəmsal ekosistemin tərkib hissəsi olan, interaktiv rəqəmsal materiallarla zənginləşdirilmiş kitab boyunca yerləşdirilən onlarla QR-kodlar vasitəsilə oxucular layihənin tərkib hissəsi olan www.book.revival.az internet saytı və digər onlayn resurslarda yerləşən materiallara keçid edə, genişləndirilmiş fotoqalereyaları, eksklyuziv müsahibələrin tam video və mətn yazılarını, tarixi ədəbiyyatı və digər materialları izləyə bilərlər.

Eyni zamanda https://book.revival.az/estore/ ünvanda yerləşən onlayn-mağazaya keçid edərək Fonda ianə etməklə istənilən kitabı say və müxtəlif nəşrlərdə (o cümlədən Klassik, Prestij və Signature Collection) əldə etmək mümkündür.

Ekosistemə daxil olan Feniks quşu şəklində yaradılan “Zəfər AI” süni intellekt əsaslı bələdçi isə oxuculara kitabın məzmunu və ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun tarixi, işğalı və hazırda baş verən dirçəlişi barədə geniş məlumat təqdim edir.

Məhz bu xüsusiyyətlər nəşri klassik kitab çərçivəsindən çıxararaq onu dinamik, interaktiv və müasir nəsillərin oxu vərdişlərinə uyğunlaşdırılmış innovativ bir layihəyə çevirir.

“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının videotəqdimatı:

Qeyd: Yaxın gələcəkdə kitabın Azərbaycan və bir neçə xarici dilə tərcüməsi də həyata keçiriləcək.