Milli Xalça Muzeyinin Şuşa filialının binasının bərpası və yenidənqurması

Şuşa şəhəri | Yekunlaşıb | Bərpa və yenidənqurma

Layihənin iştirakçıları

Sifarişçi:

Heydər Əliyev Fondu

Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Maliyyə dəstəyi:

Qarabağ Dirçəliş Fondu

Qarabağ Dirçəliş Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.

İcraçı və Resipiyent*:

"Regional İnkişaf" İctimai Birliyi

"Regional İnkişaf" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Başlıca məqsədi ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etmək, dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə dəstək göstərmək olan "Regional İnkişaf" İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, vətəndaş müraciətləri və təkliflərinin araşdırılması və aidiyyəti qurumlarla dialoq və əməkdaşlıq şəraitində həlli, müxtəlif sahələrdə layihələrin icrası istiqamətində fəaliyyət göstərir. Birliyin fəaliyyəti bütün respublika ərazisini əhatə edir və bölgələrdə regional bölmələri var.

Qeyd: Maliyyə dəstəyini alan qurum

Podratçı:

“Cronos Construction” MMC

Şirkət 2013-cü ildən etibarən sənaye və mülki obyektlərin tikintisi, tarixi binaların bərpası və konservasiyası, daxili təmir-tamamlama işləri, bünövrə qazıntısı və qazıntı materiallarının daşınması, sahələrin tikintiyə hazırlanması, tikinti sonrası abadlaşdırma və s. işlərlə məşğuldur.