Zəngilan rayonunda meşə örtüyünün bərpası

Zəngilan şəhəri | Yekunlaşıb | Ekoloji tarazlığın bərpası
01/19

Layihə haqqında

Ümumi məlumat:

İşğal dövründə Azərbaycan florasının 42%-ni təşkil edən Qarabağın qiymətli ağac və kol növləri ilə zəngin təbii meşələri məqsədyönlü şəkildə erməni işğalçıları tərəfindən məhv edilib ki, bu da həmin ərazidə biomüxtəlifliyin azalmasına səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində ekoloji terrorun nəticələrinin aradan qaldırılması məqsədilə 17 dekabr 2021-ci il tarixində “Zəngilan rayonunda meşə örtüyünün bərpası” layihəsinə start verilib.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondu (QDF) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində icra olunan layihədə Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı olmaqla ümumilikdə 30 min ağacın əkilməsi həyata keçirilib.

Görülən işlər:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Qarabağ Dirçəliş Fondunun və QDF-in donorlarının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 30 min müxtəlif növlü ağacın əkilməsi və onların suya olan tələbatını təmin etmək üçün damcı suvarma və filtrasiya sistemlərinin quraşdırılması həyata keçirilb.

  • Ağac sayı: 30 000 ağac
  • Damcı suvarma sistemi

O cümlədən:

  • Eldar şamı (Pinus eldarica) - 8 000 ədəd
  • Həmişəyaşıl sərv (Cupressus sempervirens) - 7 000 ədəd
  • Şərq çinarı (Platanus orientalis) - 8 000 ədəd
  • Adi göyrüş (Fraxinus excelsior) - 4 000 ədəd
  • Qlediçiya (Gleditsia triacanthos) - 3 000 ədəd

İstifadə olunmuş avadanlıq:

  • PE boru 63 PN25 - 2 000 (metr)
  • PE boru 63 PN10 - 2000 (metr)
  • PE boru 50 PN25 - 1500 (metr)
  • Damlama borusu - 78000 (metr)
  • Damladıcı - 26 000 (ədəd)
  • Nasos aqreqatı (doldurucu) - 1 (ədəd)
  • Filtrasiya sistemi - 3 (ədəd)
  • Su çəni: 15 tonluq -  4 (ədəd)
  • Motopompa - 4 (ədəd)
  • Generator 110 kVA - 1 (ədəd)
  • Fittinq və aksesuarlar - 3 (ədəd)

Meşə sahəsi kənar vasitələrdən təmizlənib, əsas və köməkçi borular çəkilib, suvarma üçün istifadə olunan çaydan götürüləcək suyu sahəyə çatdıracaq avadanlıqlar qurulub, yeni çalalar qazılıb və sahəyə üzvi gübrə gətirilib.

Layihə çərçivəsində dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun formada aparılıb.