Zəngilan rayonunda meşə örtüyünün bərpası



















Layihə haqqında
Ümumi məlumat
İşğal dövründə Azərbaycan florasının 42%-ni təşkil edən Qarabağın qiymətli ağac və kol növləri ilə zəngin təbii meşələri məqsədyönlü şəkildə erməni işğalçıları tərəfindən məhv edilib ki, bu da həmin ərazidə biomüxtəlifliyin azalmasına səbəb olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində ekoloji terrorun nəticələrinin aradan qaldırılması məqsədilə 17 dekabr 2021-ci il tarixində “Zəngilan rayonunda meşə örtüyünün bərpası” layihəsinə start verilib.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondu (QDF) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində icra olunan layihədə Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı olmaqla ümumilikdə 30 min ağacın əkilməsi nəzərdə tutulur.
Görüləcək işlər
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Qarabağ Dirçəliş Fondunun və QDF-in donorlarının maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində 30 min müxtəlif növlü ağacların əkilməsi və onların suya olan tələbatını təmin etmək üçün damcı suvarma və filtrasiya sistemlərinin quraşdırılması həyata keçirilir.
- Ağac sayı: 30 000 ağac.
- Damcı suvarma sistemi
O cümlədən:
- Eldar şamı (Pinus eldarica) - 8 000 ədəd
- Həmişəyaşıl sərv (Cupressus sempervirens) - 7 000 ədəd
- Şərq çinarı (Platanus orientalis) - 8 000 ədəd
- Adi göyrüş (Fraxinus excelsior) - 4 000 ədəd
- Qlediçiya (Gleditsia triacanthos) - 3 000 ədəd
Görülməli işlər barədə daha ətraflı məlumatla burada tanış ola bilərsiniz.
Layihənin cari statusu:
Əkilən ağacların sayı: 18 000 ağac
- Eldar şamı (Pinus eldarica) - 2000
- Həmişəyaşıl sərv (Cupressus sempervirens) - 4000
- Şərq çinarı (Platanus orientalis) - 7500
- Adi göyrüş (Fraxinus excelsior) - 4000
- Qlediçiya (Gleditsia triacanthos) - 500
İstifadə olunmuş avadanlıq:
- PE boru 63 PN25 - 2 000 (metr)
- PE boru 63 PN10 - 2000 (metr)
- PE boru 50 PN25 - 1500 (metr)
- Damlama borusu - 78000 (metr)
- Damladıcı - 26 000 (ədəd)
- Nasos aqreqatı (doldurucu) - 1 (ədəd)
- Filtrasiya sistemi - 3 (ədəd)
- Su çəni: 15 tonluq - 4 (ədəd)
- Motopompa - 4 (ədəd)
- Generator 110 kVA - 1 (ədəd)
- Fittinq və aksesuarlar - 3 (ədəd)
Meşə sahəsi kənar vasitələrdən təmizlənib, əsas və köməkçi borular çəkilib, suvarma üçün istifadə olunan çaydan götürüləcək suyu sahəyə çatdıracaq avadanlıqların bir hissəsi qurulub, yeni çalalar qazılıb və sahəyə üzvi gübrə gətirilib.
Layihə çərçivəsində dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun formada aparılır.