Zəngilan rayonunda meşə örtüyünün bərpası

Zəngilan şəhəri | Yekunlaşıb | Ekoloji tarazlığın bərpası

Layihənin iştirakçıları

Təşəbbüs və təşkilati dəstək:

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 

Maliyyə dəstəyi:

Qarabağ Dirçəliş Fondu

Qarabağ Dirçəliş Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.

İcraçı / Resipiyent*:

“EkoSfera” Sosial-Ekoloji Mərkəzi İctimai Birliyi

“EkoSfera” İctimai Birliyi 20 ildən artıq bir müddətdir ki, ekoloji təhsil, səhiyyə, ətraf mühitin və mədəni irsin qorumasına dair iş təcrübəsi olan gənc alim, müəllim və tələbələri özündə birləşdirir və bu sahədə yerli və qlobal səviyyədə geniş fəaliyyət göstərir. 

Təşkilatın yaradılmasının əsas məqsədi ətraf mühitin, Azərbaycanın mədəni və təbii irsinin, gənc nəslin sağlamlığının qorunub saxlanması, mühafizəsi və bərpasına dəstək vermək, həyatın müxtəlif sahələrində humanizm, mərhəmət və şəfqət prinsiplərini təbliğ etməkdir.  

Qeyd: Maliyyə dəstəyini alan qurum

Layihənin tərəfdaşları (donorlar):

  • PAŞA Holding
  • Universal
  • AR İqtisadiyyat Nazirliyi
  • AR Ədliyyə Nazirliyi
  • Bravo
  • PAŞA Sığorta
  • PAŞA Həyat
  • PAŞA Bank
  • Kapital Bank
  • Agro Dairy
  • PAŞA İnvestments
  • Competo
  • PAŞA Travel
  • Gilan Holding
  • Embawood
  • Libraff
  • AR FHN işçilərinin Həmkarlar İttifaqı
  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Podratçılar:

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC

Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasında yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturların inkişafı ilə bağlı digər işlərin, o cümlədən landşaft quruluşu işlərinin yerinə yetirilməsinin təmin edilməsidir. 

“Yağmur-2” MMC

Azərbaycanın bütün ərazisi boyu suvarma sistemləri sahəsində fəaliyyət göstərən şirkətdir. Bu, çoxillik əkin sahələri, tərəvəz sahələri üçün damla suvarma sistemləri, landşaft, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və böyüdülməsi üçün yağmurlama sulama sistemləri üçün nəzərdə tutulmuş suvarma sistemlərindən ibarətdir.