Zəngilan rayonunda meşə örtüyünün bərpası

Zəngilan şəhəri
“Zəfərdən dirçəlişə” meşə massivinin salınması davam edir

“Zəfərdən dirçəlişə” meşə massivinin salınması davam edir

Qarabağ Dirçəliş Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə Anlaşma Memorandum imzalayıblar.

Memoranduma uyğun olaraq 17 dekabr 2021-ci il tarixində “Zəfərdən dirçəlişə” layihəsi çərçivəsində Zəngilanda meşə massivinin salınması aksiyasına start verilib.

Layihəyə uyğun olaraq Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı ağaclarının əkilməsi nəzərdə tutulur.

Dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun formada aparılır. Enerji təminatı və suvarma sistemi qurulub, ağaclar əkilən əraziyə müntəzəm nəzarət təmin edilib.

Qeyd edək ki, meşə massivlərinin salınması layihəsi işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə verəcək. Bu məqsədlə layihə işğaldan azad olunan digər ərazilərdə də davam etdiriləcək.

Digər xəbərlər