Zəngilanda “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans
Layihə haqqında
- Konfransın təşkilatçısı:
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Konfransın tərəfdaşları:
- BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Qarabağ Dirçəliş Fondu
- Konfransın iştirakçıları:
- Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların üzvləri, ekspertlər
Konfrans haqqında məlumat:
29 iyun 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndindəki “Ağıllı kənd” yaşayış massivində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə su ehtiyatları sahəsində davamlı inkişafın məqsəd və hədəflərinə nail olmaq üçün səylərin səfərbər edilməsi, bu məsələnin qlobal və regional həlli məqsədilə beynəlxalq səviyyədə dialoqun yaradılması, transsərhəd kontekstdə tərəfdaşlığın qurulması kimi aktual istiqamətlər müzakirə mövzusu olub.
Konfransın çıxışçıları:
- Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev,
- Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qasımova,
- BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva,
- Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko,
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olga Algayerova,
- BMT-nin Su Konvensiyasının katibi Sonja Koeppel,
- BMT-nin Ətraf Mühit Proqramının Avropa ofisinin direktoru Bruno Pozzi və digərləri,
- Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev,
Beynəlxalq konfrans çərçivəsində diplomatik korpus nümayəndələri “Ağıllı kənd”də yaradılan infrastrukturla tanış olublar.
Konfransın nəticəsi:
Konfransın sonunda, 30 iyun tarixində Estoniyada keçiriləcək Su Konvensiyası ilə bağlı tədbirə töhfə olacaq nəticə sənədi qəbul olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası 2000-ci ildə Konvensiyanı ratifikasiya edib və Konvensiyanın işində fəal iştirak edir.