“Bakı Marafonu”
Ümumi məlumat
Hər il Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakı Marafonu”nun məqsədi ölkəmizdə idmanın inkişafına dəstək göstərmək və insanlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.
Qarabağ Dirçəliş Fondu artıq iki ildir ki, (2023 və 2024) “Küləyə qalib gəl” şüarı altında təşkil olunan marafonda tərəfdaş qismində iştirak edir.
Marafonun fan zonasında QDF tərəfindən xüsusi tərtibatla hazırlanan “Marafon bağı” adlı yaşıl pavilyon Marafon iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Pavilyonu ziyarət edən tanınmış ictimaiyyət nümayəndələrinə, Vətən müharibəsi qazilərinə, gənclərə, Marafonda iştirak edən xarici qonaqlara və digər şəxslərə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi və sifarişi ilə həyata keçirilən layihələrlə bağlı geniş məlumat verilib.
Ziyarətçilər erməni işğalçılarının Qarabağda törətdikləri ekoloji sıyqırımı – ekosidlə də tanış olmaq imkanı əldə ediblər.
“Bakı Marafonu” üzrə qaçışlarda Bakı Marafon Klubunun üzvləri QDF adından iştirak edib. Belə ki, Klubun 70-dən çox üzvü Qarabağ Dirçəliş Fondunun əməkdaşları ilə birgə “Qarabağ üçün qalib ol!” şüarı altında mübarizə aparıb.