Azərbaycanda futbolsevərlərin böyük maraqla gözlədiyi “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin yeni – üçüncü mövsümündə iştirak üçün qeydiyyat başlayır.
Məlumat üçün bildirək ki, Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək turnirin püşkatma mərasimi noyabr ayında baş tutacaq, ilk turun oyunlarına isə dekabr ayında start veriləcək.
Dövlət qurumları və ölkəmizdə fəaliyyət göstərən şirkətlər Qarabağ Dirçəliş Fonduna 2000 manat ianə etməklə turnirdə iştirak edə bilərlər.
Qarabağın bərpasına töhfə vermək, eyni zamanda insanlar arasında sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunacaq turnirin reqlamentinə əsasən, qalib adı uğrunda mübarizədə 44 komandanın iştirakı nəzərdə tutulur. Məlumat üçün bildirək ki, artıq üçüncü mövsümünə start verilən turnirin əvvəlki iki mövsümünün hər birində 40 komanda mübarizə aparıb.
6 ay davam edəcək turnirdə ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medalla yanaşı, xüsusi mükafatlarla təltif ediləcəklər. Bundan başqa turnirin ən yaxşı qapıçısı, bombardiri və ən yaxşı oyunçusuna (MVP) əlavə mükafatlar veriləcək. Oyunlar “Sportster” minifutbol kompleksində keçiriləcək.
Turnirin reqlamenti ilə daha ətraflı burada tanış olmaq mümkündür.
Xüsusilə qeyd olunmalıdır ki, turnirin ən önəmli xüsusiyyətlərindən biri onun xeyriyyə xarakteri daşımasıdır. Belə ki, turnirin keçirilməsindən əldə olunacaq vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.
Qeydiyyatla bağlı müraciət üçün bu linkə keçid etmək mümkündür:
Xatırladaq ki, 2024-2025-ci illər mövsümündə (2024-cü ilin sentyabr – 2025-ci ilin fevral ayları) təşkil olunan ilk turnirin sponsorları və iştirakçıları tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilən 141.000 AZN vəsait Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldilib.
Turnirin 2025-2026-cı illər mövsümünün (2025-ci ilin dekabr – 2026-cı ilin iyun ayları) keçirilməsindən əldə olunan 115.000 AZN vəsait isə işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.
Əlavə məlumat üçün:
Telefon: +994 55 555 91 71
E-mail: info@revivalcup.az