Prezident İlham Əliyev Füzuli şəhərinin mərkəzi parkında ağac əkib - FOTO

Prezident İlham Əliyev Füzuli şəhərinin mərkəzi parkında ağac əkib - FOTO

|
Paylaş:

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Füzuli rayonuna səfər ediblər.

Səfər zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Füzuli şəhərində yaradılacaq mərkəzi parkın ərazisində çinar ağacları əkiblər.

Qeyd olunmalıdır ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq burada mərkəzi parkının salınması nəzərdə tutulur.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev dövlətimizin başçısına və Birinci vitse-prezidentə parkın layihəsi haqqında ətraflı məlumat verib.

Qeyd olundu ki, yaradılacaq park kompleksi şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaqdır.

Park sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərin yaradılması nəzərdə tutulub.

Eyni zamanda parkda ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq eldar şamı, şərq çinarı, leylandii, italyan şamı, ağcaqayın, söyüd, zeytun və s. kimi ağac növlərinin, həmçinin müxtəlif dekorativ kolların və çiçəklərin əkilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, layihə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə icra olunur.

Digər xəbərlər