Rəhman Hacıyev “Qarabağ gündəliyi” verilişinin qonağı olub - VİDEO

Rəhman Hacıyev “Qarabağ gündəliyi” verilişinin qonağı olub - VİDEO

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev İctimai Televiziyanın efirində yayımlanan “Qarabağ gündəliyi” verilişinin qonağı olub.

Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun ötənilki fəaliyyəti, həyata keçirdiyi və cari ildə nəzərdə tutulan layihələri barədə ətraflı məlumat verib.

İdarə Heyətinin sədri bildirib ki, Qarabağda tarixi irsimizin bərpası Fondun fəaliyyətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə Qarabağ Dirçəliş Fondunun Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq etdiyini deyən Rəhman Hacıyev, əməkdaşlığın uzunmüddətli olacağını və cari layihələrlə məhdudlaşmayacağını da qeyd edib. R.Hacıyev Heydər Əliyev Fondunun layihələrini dəstəkləməyin Qarabağ Dirçəliş Fondu üçün qürurverici olduğunu xüsusi vurğulayıb.

R.Hacıyev eyni zamanda Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı və donor şirkətlərin dəstəyi ilə  “Zəfərdən Dirçəlişə” adlı layihə çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə Zəngilanda meşə massivinin salınması layihəsindən bəhs edib.

Rəhman Hacıyev Qarabağa vurulan zərər, onun dəhşətli miqyası və tarixi qələbədən sonra yaranan yeni reallıq barədə danışarkən qeyd edib ki, zərərin miqyası həddindən artıq böyükdür və bu mürəkkəb bərpa və yenidənqurma işlərinin təşkili, burada dayanıqlı iqtisadiyyatın qurulması, ümumilikdə Qarabağın dirçəlişi bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran əsas vəzifələrdən biridir.

R.Hacıyev ianə mədəniyyətinin təbliği, bu sahədə maarifləndirmənin aparılması və Fonda cəlb olunan ianələr barədə də məlumat verib.

Digər xəbərlər