“Qarabağ gecəsi” xeyriyyə konserti (2024)

Azərbaycan Dövlət Akademik Filarmoniyası (Bakı şəhəri) | Yekunlaşıb | Təşviqat işləri və çevik kommunikasiyalar
01/17

Layihə haqqında

  • Təşkilatçılar: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Qarabağ Dirçəliş Fondu
  • Təşkilati dəstək:  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, “iTicket Production” MMC
  • Tərəfdaşlar: “Azərlotereya” ASC, “Reform Group” MMC.
  • İnformasiya dəstəyi: “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC
  • İştirakçı sayı: 400-dən artıq

Qeyd: Konsertdən əldə edilən vəsait işğaldan azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin bərpasına və yenidən qurulmasına yönəldiləcək.

Konsert haqqında məlumat:

10 iyul 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçirilib.

Qeyd edək ki, artıq 3-cü dəfə keçirilən konsert “Azərlotereya” ASC-nin və “Reform Group” MMC-nin tərəfdaşlığı və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə baş tutub.

Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, “Qaytağı” instrumental ansamblı çıxış edərək qonaqlara əsl musiqi ziyafəti yaşadıblar. Konsert proqramı çərçivəsində dinləyicilərə 13 musiqi nömrəsi təqdim olunub.

Tədbirin aparıcısı:

Nərmin Xəlilova

Konsertin bədii hissəsindən sonra tədbir rəsmi ziyafətlə davam edib.

Rəsmi ziyafətdə konsertin ərsəyə gəlməsində həmrəylik nümayiş etdirərək Qarabağ Dirçəliş Fonduna dəstək olan tərəfdaşlara və donorlara xüsusi plaket və “Təşəkkür sertifikatı” təqdim olunub.