“Qarabağ gecəsi - Gəncə” xeyriyyə konserti (2023)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası (Gəncə şəhəri) | Yekunlaşıb | Təşviqat işləri və çevik kommunikasiyalar
01/21

Layihə haqqında

  • Təşkilatçılar: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Qarabağ Dirçəliş Fondu
  • Baş Sponsor:  Veysəloğlu Şirkətlər Qrupu
  • Partnyorlar: Ədliyyə Nazirliyi, Kapital Bank, Ziraat Bank, Vəkillər Kollegiyası, Liv Bona Dea Hospital, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “Caspian Event Organisers” MMC, “Universal Pro” MMC, “Embawood”, “McDonald’s”, “Azərlotereya” ASC.
  • İnformasiya dəstəyi: Azərbaycan Televiziya və Radio Verilişləri” QSC
  • İştirakçı sayı: 800-dən artıq
  • Konsertdən əldə edilən gəlir (QDF-ə ianə edilib): 140 220 manat

Qeyd: Konsertdən əldə edilən vəsait Ağdamda yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Konsert haqqında məlumat:

2023-cü il iyunun 17-də Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib.

Konsert proqramı çərçivəsində dinləyicilərə 19 musiqi nömrəsi təqdim olunub.

İfaçıların adı:

1. F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Ansamblın instrumental heyəti

2. Xalq artisti Azər Zeynalov

3. Xalq artisti Teyyub Aslanov

4. Xalq artisti Simarə İmanova

5. Əməkdar artist Gülüstan Əliyeva

6. Əməkdar artist Aybəniz Haşımova

7. Əməkdar artist Nuriyyə Hüseynova

8. Əməkdar artist Sevinc Sarıyeva

9. Vəfa Vəzirova

10. Taleh Yəhyayev

11. Fəxri Kazım-Nicat

12. Cəlal Kərimov

13. Nurlana Abdullayeva

14. “Sənət Akademiyası”nın tələbələri

Tədbirin aparıcıları:

Tural Əsədov

Nərmin Xəlilova

Anşlaqla keçən konsertin bədii hissəsindən sonra tədbir rəsmi ziyafətlə davam edib.

Rəsmi ziyafətdə konsertin ərsəyə gəlməsində həmrəylik nümayiş etdirərək dəstək olan donorlara Fondun 12 ədəd “Təşəkkür Sertifikatı” təqdim olunub.