Prezident İlham Əliyev 4 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının 9 nəfərdən ibarət tərkibini təsdiq etmişdir.
Şura üzvlərinin qərarı ilə İqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri seçilmişdir.